Qaydalar və həyatımız

Bu dəfə qərarlı şəkildə arıqlamaq istəyirəm. Qətidir fikrim! Mən bunu bacaracam! …. Qızım doğulandan bəri bu sözü özümə tez tez deyirəm. Artıq 3 yaşı var Ancaq hələ də dəyişən bir şey yoxdur. Bu qərarsızlıqdan çox qaydasızlığa görə olur. Arıqlamaq üçün müəyyən qaydalara əməl etmək lazımdır. Bu qaydalar isə həyat tərzinə uyğun olmadıqda çox çətin olur. […]

Kitab yazmaq- ilk addım

Kitab yazmağı ən kiçik yaşlarımdan sevmişəm. Həmişə hekayələr yazırdım. Ancaq özümü bu hekayələri başqasına oxutdurmağa hazır hiss etmirdim. İlklərini bacıma oxuyurdum. Birinci dəfə Nilə olan məktublarımı hər kəslə paylaşmaqla başladım. Gözəl geri dönüşlər alırdım. Ancaq hələ də inanmırdım ki, bu məndə yaxşı alınır. Hətta blog yazılarını da bəyənənlər çox olur. Mən yenə şübhəli yanaşırdım ki, […]

Qaçhaqaç

Uzun zamandır ki, yazmıram. Payız mənə ilham verdi. Cızmaqaraladım bir az… Yayın 2 ayını İstanbulda keçirdim. Bu nəhəng şəhər insanı öz gözəllikləri qarşısında sözsüz qoymağı çox yaxşı bacarır. Gözəlliklərdən əlavə insanlar, yaşam, ətrafında dayanmayan həyatlar diqqətini çəkir. İnsanlar qaçır. Hamı harasa tələsir. Axı necə tələsməsin? Hər şey uzaq, hər kəs işdə, çox adam da işsiz- […]

Ağıllı uşaq böyütmək üçün 10 addım!

Sizə çox maraqlı olacağını düşündüyüm bir məqaləni təqdim edirəm! Araşdırmacılar tərəfindən uşağın daha ağıllı olmasına kömək edən bəzi addımlar haqqında gəlin danışaq! Musiqi dərsləri Musiqi dərslərinə qatılan bir qrup uşaq arasında onların IQ səviyyələrinin artdığı müşahidə olunur. Bu çox böyük dəyişiklik olmur. Amma yenə də həmin dəyişiklik onların dərslərində, qavrama qabiliyyətlərinə öz müsbət təsirini göstərir. […]

Hava soyuqdursa, evdə oturaq?

Balaca olandan bəri qarla oynamağı, dənizi çox sevmişəm. Həmişə də qar gördüksə, isti geyinib qar topu oynamışıq, yaydırsa 3ay dənizə getmişik. Xatirələrimdə də hər bir detal gözəl qalıb. Anam bizi heç vaxt qalın geydirməyib, papağı da heç sevməmişəm. Qızım doğulandan onu da çox istiyə alışdırmamışam. 3 aylığından da səyahət etmişik. Hətta ilk uzaq səyahətimiz qarlı […]

Uşaqlara niyə yatmazdan əvvəl kitab oxumalıyıq?

Keyfiyyətli yuxu üçün yuxudan öncə etdiklərimiz çox önəmlidir. Əgər yatmazdan əvvəl uşaq aktiv oyun oynayırsa, bu rahat yuxu yatmasına mane ola bilər. Yuxudan əvvəl uşağı rahatlatmaq üçün rutinin olması daha keyfiyyətli yuxuya səbəb olacaqdır. Kitab həmin rutinlərdən sayıla bilər. Maraqlı, uşağın yaşına uyğun kitablar onların beynini rahatladır, daha yaxşı yatmasına səbəb olur. Kitab oxumaq stresi […]

Ad günü arzuları

Yayı çox sevirəm. Əvvəllər ən çox yayı sevmək səbəbim ad günümün olması idi. İndi ad günlərimi sevmirəm. Sanki əvvəlki sehrini itirib. Əvvəlki qədər həyəcanla gözləmirəm. Bu dəfə ad günümdə isə daha da çox düşündüm, fikirləşdim. Gedərək hər şey adiləşir. Qocalıram? Xeyli vaxt götür qoy etdim. Bu qənaətə gəldim ki, vaxt uçur, həyat bir göz qırpımında […]

Xarici dili uşaqlara necə öyrədim?

Əgər bir şeyi öyrənmək istəyirsənsə, onu öyrət! 9cu sinifdə oxuyanda anamın rəfiqəsi oğluna ingiliscə öyrətməyimi xahiş etdi. Az bir ödənişlə dərs deməyə başladım. Çox həvəsli idim. Şagirdim oxumağa çox həvəsli olmasa da, nəticələri yaxşı oldu. Hər dərsdən əvvəl özüm də mövzunu oxuyurdum, anlamağa çalışırdım. Mənə necə başa salsalar, daha yaxşı anlayaram deyə analiz edirdim. Beləliklə, […]

Niyə dostluğu bacarmırıq?

Əslində çox kiçik yaşlarımızdan bu tip problemlər olur həyatımızda. Sinif yoldaşımızla aramız dəyir və ya dostluqlar bitir. Zaman keçdikcə insanlarla münasibət qurmaq daha asan olur. Çünki ətrafında artıq daha çox adam var və istəsən də istəməsən də özünə uyğunları həyatına alırsan. Son zamanlar isə insanların daha tək olduğunu, dostların dostluq bacarmadığını, daha çox özünü düşünən […]

Yarımçıq kitablar

Neçə vaxtdır ağlımda bu sualla yaşayıram. Axı, necə olur ki, kitab oxumağa olan həvəsim belə mənə kitabları bitirməyə kömək olmur. Bugün bir az araşdırma apardım və ümid edirəm ki, sizlər üçün maraqlı yazı olacaq. Araşdırmalarıma əsasən anladım ki, bu vəziyyətdə tək mən deyiləm. Bu bir az sevindirdi, nə yalan deyim! Kitabları yarımçıq oxumağın bir neçə […]